...

Avropa Azərbaycanın enerji ehtiyatlarında maraqlıdır

Siyasət Materials 2 İyun 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun// Trend / Avropa enerji ehtiyatlarının diversifikasiyası çərçivəsində Azərbaycanın enerji ehtiyatlarında maraqlıdır. Bu barədə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunları üzrə bazar ertəsi Bakıda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi məlumat verib.

"Azərbaycan enerji ehtiyatları baxımından Avropa üçün çox vacib ölkədir", - Semnebi bildirib.

Xüsusi nümayəndə Beynəlxalq Neft-qaz sərgisində iştirak etmək üçün Bakıya gəlib. O, Azərbaycanın rəsmi şəxsləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirir.

2006-cı ildə Avropa İttifaqı Azərbaycan, Ermənistan və Gürcüstanla Qonşuluq Siyasəti Proqramı çərçivəsində Fəaliyyət Planı imzalayıb. Aİ və Azərbaycan Anlaşma Memorandumu da imzalayıblar. Memorandum Avropa İttifaqı və Azərbaycan arasında enerji tərəfdaşlığının yaradılmasına xidmət edir və Avropanın enerji təhlükəsziliyinin möhkəmləndirilməsinə yönəlib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti