...

Azərbaycan prezidenti Culfada yeni xəstəxananın açılışında iştirak edib

Siyasət Materials 3 İyun 2008 15:19 (UTC +04:00)

Azərbaycan, Culfa, 03 iyun/ Trend , müxbir M.Quliyev/ Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə çərşənbə axşamı Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində Mərkəzi Xəstəxananın açılış mərasimi keçirilib.

Xəstəxananın 62 çarpayıya hesablanmış dördmərtəbəli binasında müasir tibbi avadanlıqlar quraşdırılıb. Burada reanimasiya, cərrahiyyə əməliyyatı, terapevt və digər şöbələr, poliklinika, həmçinin infeksion xəstəliklər üzrə ayrıca korpus fəaliyyət göstərəcək.

Muxtar Respublika Ali Məclisinin (parlamentin) sədri Vasif Talıbov xəstəxananın açılışında bildirib ki, Naxçıvanda ciddi islahatlar aparılır, yeni obyektlər açılır. O əlavə edib ki, üç il ərzində NMR-də 36 səhiyyə obyekti istismara verilib.

Azərbaycan prezidenti yenidən qurulmuş N saylı hərbi hissəyə də baş çəkib, hərbi qulluqçularla birgə nahar edib.

Xəbər lenti

Xəbər lenti