...

Fövqəladə Hallar Nazirliyi Akademiyası yaradılacaq

Siyasət Materials 3 İyun 2008 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, aprel/ Trend / . Prezident İlham Əliyev çərşənbə axşamı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb.Akademiya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və fövqəladə hallar sahəsində elmi tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədi ilə yaradılır.Akademiya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Azərbaycan Respublikası Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında yaradılacaq. Sərəncamdan irəli gələn vəzifələrin həlli Nazirlər Kabinetinə həvalə edilib.

Xəbər lenti

Xəbər lenti