...

Azərbaycan parlamentinin komissiyası kasıb ailələrə verilən yardımın miqdarını artırıb

Siyasət Materials 4 İyun 2008 15:48 (UTC +04:00)
Azərbaycan parlamentinin komissiyası kasıb ailələrə verilən yardımın miqdarını  artırıb

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin sosial siyasət daimi komisiyası kasıb ailələrə verilən ünvanlı sosial yardımın miqdarını 45 manatdan 55 manata qədər artırıb. "Ünvanlı sosial yardımın miqdarının artırılması əhalinin kasıb təbəqisinin sosial müdafiəsini gücləndirməyə xidmət edir", - deyə parlamentin sosial siyasət daimi komissiyasının çərşənbə günü keçirilən iclasında komissiyanın sədri Hadı Rəcəbli bildirib. Komissiyanın iclasında Azərbaycanda ehtiyac meyarı da 55 manata qədər artırılıb.

"Əvvələr 98-100 min ailə ünvanlı sosial yardım alırdı. Ehtiyac meyarının artırılması nəticəsində, ünvanlı sosial yardım alanların sayı 155 - 160 min ailəyədək artacaq. Ailələr əvvələr 80-85 manat alırdılarsa, artımdan sonra bu rəqəm 90-95 manata çatdırılacaq", - deyə Rəcəbli əlavə edib.

Ünvanlı sosial yardım aylıq gəliri ehtiyac meyarından aşağı olan ailələrə verilir.

Komissiya dəyişikliyi təsdiqləyib və Milli Məclisin iclasında müzakirəyə tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti