...

Azərbaycan Ukraynaya yalnız əlverişli kommersiya qiymətləri ilə neft tədarük edə bilər - ARDNŞ-nin nümayəndəsi

Siyasət Materials 5 İyun 2008 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "yalnız əlverişli kommersiya qiymətləri ilə" Ukraynaya Odessa-Brodı boru kəməri üçün neft tədarükü edə bilər. Bu haqda cümə axşamı ARDNŞ-nin yüksək vəzifəli şəxsi bildirib.

"Ukrayna Azərbaycan neftini hətna Odessa-Brodı boru kəmərinin aversi olmadan alsa belə, biz nefti əlverişli kommersiya qiymətləri üzrə tədarük edəcəyik", - deyə ARDNŞ nümayəndəsi bildirib.

Mayda Ukrayna və Azərbaycan 470 min ton həcmində Odessa-Brodı boru kəməri üçün sınaq neft tədarükü haqqında razılaşıb. "Sınaq [tədarükü] partiyası haqqında razılaşma Ukrayna üçün - yalnız ödəniş edilərsə - hər hansı neft həcmi haqqında razılaşmı kimidir", - ARDNŞ-nin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Azərbaycan Kiyevdən "neftin istisna şərtlərlə alınması, ödəmə müddətinin uzadılmasına" dair təkliflər aldığı hald,a Ukraynaya neft tədarükü edə bilməyəcək.

Ukrayna 470 min ton Azərbaycan neftini Supsa, Novorossiysk, Ceyhan limanlarından ala bilər.

"Ukrayna nefti tender də ala bilər, ya da kommersiya təklifləri verə bilər", - deyə ARDNŞ-nin nümayəndəsi bildirib.

ARDNŞ-nin neft satışı ilə yeni yaranan "SOCAR Trading" şirkəti məşğul olur.

""SOCAR Trading", "FOB"-dan fərqli olaraq, artıq yarım aydır ki, nefti daha əlverişli şərtlərlə satır", - deyə ARDNŞ-nin nümayəndəsi bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]  

Xəbər lenti

Xəbər lenti