...

AŞPA-nın sədri Azərbaycana gələcək

Siyasət Materials 11 İyun 2008 00:20 (UTC +04:00)
AŞPA-nın sədri Azərbaycana gələcək

Fransa, Strasburq, 10 iyun/ Trend müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Luiz Maria de Puç 30 iyun- 4 iyul 2008-ci il tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə Trend a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən məlumat verilib. Səfər çərçivəsində AŞPA ilə Azərbaycanın Milli Məclis arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq. AŞPA sədrinin səfəri çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, ölkənin Baş naziri Artur Rasizadə və Xarici İşlər naziri Elmar Məmmədyarov, eləcə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşü nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti