...

Türkiyədə sərnişin gəmisində baş verən yangın söndürülüb

Siyasət Materials 12 İyun 2008 12:20 (UTC +04:00)

Türkiyə, Ankara, 12 iyun / Trend , müxbir T.Əliyev/ Mərmərə dənizində Türkiyənin Balıkəsir bölgəsi yaxınlığında sərnişin gəmisində baş verən yanğın artıq söndürülüb.

Türkiyənin NTV kanalının verdiyi məlumata əsasən, "Meltem G" adlı gəminin göyərtəsində olan 50 sərnişin və 20 ekipaj üzvü sahil təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib.

Türkiyənin Dənizçilik İdarəsindən verilən məlumata görə, yanğın İstanbula nəqliyyat vasitələri daşıyan gəmidə yük maşınlarından birində baş verib. Yanğın gəmi ekipajı tərəfindən söndürülüb.

Gəmiçilik İdarəsindən bildirilib ki, yanğın zamanı zərərçəkənlər olmayıb və gəmi yoluna davam edib.

Xəbər lenti

Xəbər lenti