...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası müxalifətin seçki komissiyalarının işinə mane ola bilməyəcəyini deyir

Siyasət Materials 12 İyun 2008 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası bəyan edib ki, muxalif Müsavat Partiyası seçki komissiyalarının formalaşmasına mane ola bilməyəcək. "Seçki komissiyalarının formalaşması heç bir partiyanın monopoliyasında, təsiri altında deyil", - MSK sədri Məzahir Pənahov cümə axşamı jurnalistlərə bəyan edib.

Trend -un arayışı: Parlamentdə azlığı təmsil edən Müsavat Partiyası MSK-ya nümayəndə göndərməkdən imtina edib. Partiya bəyan edib ki, seçki komissiyalarının tərkibi yalnız paritet əsasla formalaşacağı təqdirdə, MSK-ya nümayəndəsini göndərəcək.

Pənahov vurğulayıb ki, seçki komissiyalarının formalaşması müstəqil bir prosesdir. Komissiya üzvlərinin üçdə biri parlamentdəki çoxluğu, üçdə biri azlığı, üçdə biri isə bitərəfləri təmsil edir. "Bitərəflərin təmsilçilərindən biri parlamentdə çoxluğu təşkil edən tərəflər, biri isə azlığın təmsilçiləri ilə razılaşdırılır", - deyən Pənahov qeyd edib ki, hazırda MSK-da iki yer boşdur. MSK Milli Məclisin həmin yerlərə nümayəndə göndərməsini gözləyir. "Komissiyada iki üzvün olmaması MSK-nın fəaliyyətində ciddi problem yaratmır. Amma nümayəndələr göndərilmədiyindən, katib vəzifəsi boşdur. Katiblərdən biri olmadığı üçün, MSK-nın qərarları dərc edilərkən məcbur olub bütün komissiya üzvlərinin adlarını ora daxil edirik", - Pənahov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti