Azərbaycan, Bakı, 12 iyun/ Trend , müxbir M.Əliyev/ Türkiyə və Azərbaycan zəlzələlərin nəticələrinin aradan qaldırılmasında əməkdaşlıq etmək niyyətindədirlər. Bu barədə cümə axşamı Bakıda, Türkiyənin fövqəladə hallar naziri Faruk Özak jurnalistlərə məlumat verib.
"Türkiyə seysmik baxımdan fəal zonada yerləşib və bizim zəlzələlərin nəticələrinin aradan qaldırılmasında böyük təcrübəmiz var", - o bildirib.
Özakın sözlərinə görə, azərbaycanlı həmkarı - fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşündə niyyət protokolu imzalana bilər.