Azərbaycan, Bakı,17 iyun / Trend / Prezident İlham Əliyev çərşənbə axşamı "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya.Əməkdaşlığın strategiyası" Beynəlxalq konfransının Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, konfrans bu il sentyabrın 28 - də Bakıda keçiriləcək. Onun hazırlanması və keçirilməsi üçün yaradılan Təşkilat Komitəsinə Baş nazirin müavini Yaqub Eyyubov sədrlik edəcək.Sərəncamla bağlı digər məsələlərin həlli ilə Nazirlər Kabineti məşğul olacaq .