...

Dünya ictimaiyyəti fasilə etməli və hazırki layihələri dondurmalıdır – Rusiyanın XİN başçısı

Siyasət Materials 20 İyun 2008 13:02 (UTC +04:00)
Dünya ictimaiyyəti fasilə etməli və hazırki layihələri dondurmalıdır – Rusiyanın XİN başçısı

Azərbaycan, Bakı 20 iyun / Trend , müxbir A.Qasımova/ Dünya ictimaiyyəti bütün layihələri olduğu yerdə dayandırmalı və yeni layihələrin reallaşdırılmasında fasilə götürməlidir. Bu barədə cümə günü Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib.

"Fasilə götürmək və bütün bunları dondurmaq olduqca vacibdir, bu istər Kosovonun öz müstəqilliyini bir tərəfli qaydada elan etməsi, istərsə də Şərqi Avropada raket əleyhinə müdafiə elementlərinin yerləşdirilməsi planlarının reallaşdırılması və ya NATO-nun Şərqə doğru genişlənməsi ilə bağlı olsun", - deyə bu gün, "Rusiya XXI əsrdə" konfransında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Vesti" telekanalının verdiyi xəbərdə bildirilir ki, nazirin sözlərinə görə, tərəfdaşlar tərəfindən qəti qəbul edilməyən, yaranan münasibətlərin pozulması üçün təhlükə yaradan istənilən fəaliyyətin reallaşdırılmasına cəhd müvafiq reaksiyalara səbəb olacaq, odur ki, bunun qarşısı alınmalıdır.

"Avropa İttifaqının öz post-modernizmini, NATO-nun isə Əfqanıstanda öz iş bacarığını sübut etməsini izləyəcəyimiz təqdirdə belə bir alternativ hamımız üçün yaxşı olacaqmı? Bunun üçün etibar yaratmaq, əsl strateji məsələlər üzrə birgə iş təcrübəsini hazırlamaq lazımdır", - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti