...

Bakı və Vaşınqton təhlükəsizlik məsələlərini müzakirə edəcəklər - ABŞ-ın Dövlət katibi müavininin köməkçisi

Siyasət Materials 21 İyun 2008 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun / Trend , müxbir A.Qasımova / Təhlükəsizlik üzrə Azərbaycan-Amerika məsləhətləşmələrinin növbəti raundu iyulun ortalarında keçiriləcək. Bu barədə ABŞ-ın Dövlət katibi müavininin köməkçisi Metyu Brayza Trend -a bildirib.

"Ümid edirəm ki, Azərbaycan-Amerika məsləhətləşmələrini iyulun ortalarında keçirəcəyik. Hələ ki mərasimin keçirilməsi üçün dəqiq tarix müəyyən etməmişik", - deyə şənbə günü Brayza elektron poçt ilə bildirib.

Əvvəlki Azərbaycan-Amerika məsləhətləşmələri 2007-ci ilin iyulda keçirilib. Tərəflər Qəbələ radiolokasiya stansiyasının birgə istifadəsinə dair məsələləri, birgə təcrübə proqramlarının reallaşdırılması, Avroatlantik təhlükəsizlik, Xəzər dənizi regionunda vəziyyət, Cənubi Qafqazda münaqişələr və digər məsələləri müzakirə edib.

Əvvəllər Azərbaycan Avropada ABŞ-ın Silahlı Qüvvəllər Komandanlığı ilə hərbi əməkdaşlığına dair planı təsdiq edib. İş planına əsasən, ABŞ Azərbaycan Silahlı Qüvvəllərinin təkmilləşdirilməsinə, müasir silahlarla təchizinin təminində, hərbi kadrların peşəkarlığının artırılmasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti