...

Azərbaycan hakimiyyətinin namizədinin dəstəklənməsi üçün dünya azərbaycanlıları gənclərinə müraciət edilib

Siyasət Materials 25 İyun 2008 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun/ Trend , müxbir E.Babayev / Rumıniyada yaşayan azərbaycanlı gənclər Azərbaycanda keçiriləcək prezident seçkisində hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini müdafiə edəcəklərini bildiriblər.

"Azərbaycan dövlətinin inkişafı və rifahı naminə İlham Əiyevin namizədliyini prezident seçkilərində dəstəkləməyə çağırırıq" - Buxarestdə Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının çərşənbə günü keçirilən toplantısında qəbul edilən dünya azərbaycanlıları gənclərinə müraciətdə qeyd olunub.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları da seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Müraciətdə deyilir ki, Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmağa nail olub. Son üç ildə iqtisadi inkişaf sürətinə görə ölkəmiz dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilib, daxili və xarici kapital qoyuluşu ildən-ilə çoxalıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış münaqişənin həlli istiqamətində ölkəmizin milli və dövlət maraqlarına əsaslanan düzgün və ədalətli mövqeyi dünya ictimaiyyəti tərəfindən qəbul olunmağa başlanır. Bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti