...

2009-cu ilədək Quantanamodakı həbsxana bağlana bilər - ATƏT-in Quantanamo üzrə xüsusi nümayəndəsi

Siyasət Materials 30 İyun 2008 13:57 (UTC +04:00)
2009-cu ilədək Quantanamodakı həbsxana bağlana bilər - ATƏT-in Quantanamo üzrə xüsusi nümayəndəsi

Qazaxstan, Astana, 30 iyun / Trend , müxbir K.Konırova/ 2008-ci ilin sonuna 2009-cu ilin əvvəlinə kimi Quantanamodakı həbsxana bağlana bilər. Bu barədə bu gün Astanada keçirilən mətbuat konfransında ATƏT katibinin müavini və ATƏT başçısının Quantanamo üzrə xüsusi nümayəndəsi Anne-Mari Lizin bildirib.

"ATƏT-in Parlament Assambleyası Quantanamonun bağlanması üzrə yol xəritəsinin və fəaliyyət planının hazırlamasını təklif edir. ABŞ prezidentliyinə olan namizədlərin ən azı ikisi öz seçkiqabağı proqramlarında Quantanamodakı həbsxananın bağlanmasını təklif edirlər", - Anne-Mari Lizin deyib.

Onun sözlərinə görə, hazırda Quantanamodakı həbsxanada 34 ölkədən olan 270 məhbus, o cümlədən Yəmən (100 nəfər), Əfqanıstan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Çin, Özbəkistan və Somalidən olanlar saxlanılır.

" Quantanamo həbsxanasının bağlanması üzrə fəaliyyət planının əsas prioritetini məhbusların doğma vətənlərinə qayıtması təşkil edir ki, bunu da Səudiyyə Ərəbistanı modeli əsasında etmək mümkündür"- Anne-Mari Lizin bildirib.

"Bu gün bəzi məhbusların deportasiyası ilə bağlı problemlər mövcuddur. Belə ki, bu ölkələrin hökumətləri ilə danışıqlar aparmaq imkanı yoxdur. Söhbət Çin, Özbəkistan və Somali vətəndaşları haqqında gedir"- xanım Lizin əlavə edib.


 

Xəbər lenti

Xəbər lenti