Fransa, Strasburq, 30 iyun / Trend , müxbir A.Məhərrəmli /Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mariya de Puç iyulun 1-3-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə bazar ertəsi Trend a Avropa Şurasının mətbuat xidmətindən məlumat verilib.
Puç səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşməyi planlaşdırır.
AŞPA prezidenti Bakıda Azərbaycanın Parlament Assambleyasındakı nümayəndə heyəti, müxtəlif siyasi partiya və vətəndaş cəmiyyəti üzvləri, KİV və diplomatik korpusun nümayəndələri ilə görüşlər keçirəcək.
Puç onlarla xüsusillə Azərbaycanda demokratik institutların fəaliyyət göstərməsinə dair 1614 saylı Qətnaməyə (2008) münasibətdə həyata keçirilməli olan fəaliyyəti müzakirə edəcək.