...

Rusiya Türkiyənin ən böyük ticarət ortağıdır – Türkiyənin xarici işlər naziri

Siyasət Materials 2 İyul 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir S.İlhamqızı/ Bu ilin ilk beş ayında Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin 16 milyard dolları ötməsi ilə Rusiya Türkiyənin ən böyük ticarət ortağına çevrilib.

"Hazırda Rusiya Türkiyənin ən böyük ticarət ortağıdır", - deyə Türkiyənin xarici işlər naziri Əli Babacan bu gün Rusiyanın xarici işlər naziri Serqey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Rusiya XİN-in rəhbəri Türkiyədə rəsmi səfərdədir.

Babacan bildirib ki, Türkiyənin ticarət dövriyyəsi apardığı ölkələr arasında Rusiya birinci yerə keçib. Nazirin sözlərinə görə, ötən il Türkiyə şirkətlərinin Rusiyada sərmayə yatırımının həcmi 6 milyard dollara, Rusiya şirkətlərinin Türkiyədə sərmayə yatırımı isə 4 milyard dollara çatıb. Ötən il Rusiyadan Türkiyəyə gələn turistlərin sayı 2 milyon nəfəri keçib.

Babacan əlavə edib ki, 2007-ci ildə Türkiyədə "Rusiya mədəniyyət ili" elan olunub, bu il isə Rusiyada "Türkiyə mədəniyyət ili"dir. Bu çərçivədə Moskva, Sankt-Peterburq, Kazan və digər şəhərlərdə müxtəlif mədəni tədbirlər keçiriləcək.

Lavrov isə bildirib ki, prezidentlərin nəzərdə tutduğu kimi, bu il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin 25 milyard dollara çatdırılması artıq reallaşır. Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin artması, sərmayələrin, həmçinin turist axınının çoxalması iki ölkə arasında əlaqələrin yüksək səviyyəsini göstərir: "Regional və beynəlxaql məsələlərdə əməkdaşlıq, mədəniyyət əaləqələri, tələbə mübadiləsi ölkələrarası əlaqələri daha da inkişaf etdirir", - deyə Lavrov bildirib.

Lavrov Kipr probleminin həlli prosesində əldə olunmuş irəliləyişi dəstəklədiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti