...

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi üzrə irəliləyişin olduğunu qeyd ediblər

Siyasət Materials 3 İyul 2008 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir A.Əliyev/ Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedyev hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqları prosesində irəliləyiş var.

"Biz Azərbaycan və Ermənistan prezidentləri arasında iyunun 6 - da Sank-Peterburqda baş tutan birbaşa danışıqların bərpasını dəstəkləyirik", - deyə cümə axşamı Bakıda azərbaycanlı həmkarı İlham Əliyev ilə birgə keçirilən brifinqdə Dmitri Medvedyev bildirib.

Onun sözlərinə görə, Rusiya bundan sonra da, qarşılıqlı qəbul oluna biləcək qərarların axtarışına lazımi yardımı davam etdirəcək. "Bu mürəkkəb prosesdir, biz imkan daxilində yardım edəcəyik və bu məsələdə kiçik irəliləyişlər var", - deyə Medvedyev əlavə edib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda, ümumi qəbul olunan beynəlxalq hüquq norma və prinsipləri əsasında ərazi bütövlüyünün təmin edilməsi çərçivəçində nizamlanması mövqeyindən çıxış edir.

Xəbər lenti

Xəbər lenti