...

Gürcüstanda erməni "Daşnaksütun" təşkilatının təcavüzünün aradan qaldırılması tələb edilir

Siyasət Materials 8 İyul 2008 16:41 (UTC +04:00)
Gürcüstanda erməni "Daşnaksütun" təşkilatının təcavüzünün aradan qaldırılması tələb edilir

Gürcüstan, Tbilisi, 08 iyul / Trend , müxbir N. Kirtsxaliya/

Gürcüstanın Milli Təhsil İttifaqı Gürcüstan rəhbərliyindən tələb edir ki, Gürcüstanın müstəqilliyinə qarşı yönəlmiş erməni "Daşnaksütun" inqilabi federasiyasının təcavüzünün qarşısını almaq üçün bütün siyasi və diplomatik tədbirləri həyata keçirilsin. İttifaqdan verilən məlumata görə, İttifaqın sədri Giorqi Amaşukeli Gürcüstanın Baş naziri Lado Qurgenidzeyə və Təhlükəsizlik İttifaqının katibi Aleksandr Lomaya ünvanladığı yazılı müraciətdə bunu tələb edib.

Milli Təhsil İttifaqından o da bildirilib ki, mayın 21- də ermənilərin "Daşnaksütun" inqilabi federasiyasının 30 - cu toplantısı keçirilib. Partiyanın lideri Qrant Miqranyanın sözlərinə görə, təşkilatın məqsədi Gürcüstanda "Cavaxk" muxtariyyətini yaratmaqdır.

"Qeyd etmək lazımdır ki, "Daşnaksütun" koalisiyası haqqında siyasi memorandum Ermənistan prezidenti Serj Sərkisyan tərəfindən rəsmiləşdirilib", - İttifaqdan bildirilib.

Xəbər lenti

Xəbər lenti