Azərbaycan, Bakı, 09 iyul / , müxbir İ.Əlizadə/ Cakartada Azərbaycan və İndoneziya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. Danışıqlar Azərbaycan prezidenti İlham Əliyevin İndoneziyaya rəsmi səfəri çərçivəsində aparılacaq. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev məlumat verib.
Səfir bildirib ki, səfər tarixini müəyyən etmək üçün hazırda dövlət başçılarının iş qrafiki nəzərdən keçirilir. Səfər zamanı hazırda İndoneziya hökumətində nəzərdən keçirilən bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Diplomatın Trend -a verdiyi məlumata görə, Azərbaycan səfirliyi bu ölkə hökumətinə iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafı üzrə təqribən 20 layihə sənədi təqdim edib.
Sənədlər siyasi, iqtisadi, mədəni və humanitar sahələr də daxil olmaqla, ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir.
Perspektivdə Azərbaycan və İndoneziya iş adamlarının iştirakı ilə biznes-forumun təşkil edilməsi nəzərdə tutulur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend