...

Çin ilin sonunadək azərbaycanlı məhkumları cəzalarını vətənlərində çəkmək üçün Azərbaycana təhvil verəcək – səfir

Siyasət Materials 9 İyul 2008 16:52 (UTC +04:00)
Çin ilin sonunadək azərbaycanlı məhkumları cəzalarını vətənlərində çəkmək üçün Azərbaycana təhvil verəcək – səfir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir İ.Əlizadə/ Çin ilin sonunadək azərbaycanlı məhkumları cəzalarını vətənlərində çəkmək üçün Azərbaycana təhvil verəcək. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev məlumat verib.

Səfir bildirib ki, hazırda səfirlik onların ölkəyə qaytarılması ilə bağlı Çinin hüquq mühafizə orqanları ilə danışıqlar aparır.

Çində oğurluq və narkotik vasitələr alverində ittiham olunan iki Azərbaycan vətəndaşı cəza çəkir.

Məhkumlar iki ölkə arasında imzalanan ekstradisiya haqqında sazişə əsasən Azərbaycan tərəfinə veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti