Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir İ. Əlizadə/ Yaxın zamanlarda Azərbaycanda İspaniya səfirliyi fəaliyyətə başlayacaq. Hazırda diplomatik missiyanın açılışı ilə bağlı texniki məsələlər müzakirə olunur. Bu xəbəri çərşənbə günü jurnalistlərə Azərbaycanın İspaniyadakı səfiri Məmməd Əliyev xəbər verib.
Səfirliyin açılışı haqqında İspaniya hökumətinin siyasi qərarı həmin ölkənin xarici işlər naziri Migel Anxel Moratinosun keçən il Azərbaycana səfəri zamanı şərh edilib.
Azərbaycanda İspaniya səfirliyinin açılışı maliyyə vəsaiti məsələsi səbəbindən uzanır, bu ölkənin Maliyyə Nazirliyi hələ də Azərbaycanda diplomatik missiyanın açılışı üçün vəsait ayırmayıb.
Azərbaycanın İspaniyada səfirliyi 2006-cı ildə açılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend