...

ABŞ Qəbələ RLS-i "raket əleyhinə sistemin arxitekturası"-nın hissəsi hesab edir - səfir (video)

Siyasət Materials 10 İyul 2008 15:54 (UTC +04:00)
ABŞ Qəbələ RLS-i "raket əleyhinə sistemin arxitekturası"-nın hissəsi hesab edir - səfir (video)

Azərbayacn, Bakı, 10 iyul/ Trend , K.Zərbalıyeva/ ABŞ Azərbaycanın Qəbələ Radiolokasiya Stansiyasını (RLS) dünyada "raket əleyhinə sistemin arxitekturası"-nın hissəsi hesab edir.

"Qəbələ RLS Azərbaycana məxsusdur və Bakı ABŞ və Rusiya arasında danışıqların davam etdiriləcəyi halda, stansiyanın gələcək taleyi ilə bağlı qərardan kənar qalmayacaq",- cümə axşamı Bakıda jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

Qəbələ RLS-dən birgə istifadə məsələsi hazırda stansiyanı Azərbaycandan icarəyə götürən Rusiya və ABŞ arasında gündəlikdə duran məsələdir. İyunda Rusiya ABŞ-a Qəbələ RLS-i və Armavirdə tikilən RLS-i birgə icarəyə götürmək və informasiya almaq barədə təklif irəli sürüb. Bu təklif ABŞ-ın Polşa və Çexiyada raket əleyhinə sistemləri yerləşdirmək niyyətindən imtina etməsi üçün edilib.

Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ RLS sovet dövründə SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi kimi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya, Azərbaycanın daxili siyasi vəziyyətinə baxmayaraq,  stansiyadan istifadəni davam etdirirdi.

RLS-in icarəsinə dair onillik razılaşma 2002-ci ildə imzalanıb. Qəbələ RLS ilə bağlı məsələ dəfələrlə daxili, o cümlədən Azərbaycan parlamentində müzakirə predmeti olub.

2006-cı ilin əvvəlində Azərbaycan RLS-dən istifadəyə görə icarə haqqının iki dəfə - yeddi milyon dollardan 14,4 milyon dollaradək artırılması məsələsini qaldırıb.

ABŞ Rusiya, Avropa və NATO üçün də açıq olan  raket əleyhinə  beynəlxalq sistemin yaradılmasını təkid edir, Qəbələ RLS-i isə, yaradılan sistemin hissəsi kimi nəzərdən keçirir ki, bunun da əsasını Çexiya ərazisində Amerikanın  raket əleyhinə radar sisteminin yerləşdirilməsi üzrə ABŞ və Çexiya arasında  imzalanmış razılaşma təşkil edir, -diplomat deyib.

ABŞ Dövlət Katibi və Çexiyanın xarici işlər naziri Karel Şvarsenberq çərşənbə axşamı  Çexiya ərazisində Amerikanın  raket əleyhinə radar sisteminin yerləşdirilməsi üzrə müqavilə imzalayıblar. Bundan sonra RF XİN bəyan edib ki, Rusiya sərhədləri yaxınlığında Amerikanın  raket əleyhinə radar sisteminin yerləşdirilməsi reallaşarsa, Moskva "diplomatik deyil, hərbi-texniki tədbirlərlə cavab verməyə məcbur olacaq".

ABŞ-ın planlarına Polşada on raket tutan və Çexiyada  raket əleyhinə radar sisteminin yerləşdirilməsi daxildir. Avropada raket əleyhinə radar sisteminin yerləşdirilməsi İrandan gözlənilən mümkün təhlükədən müdafiə məqsədi daşıyır. Rusiya, öz növbəsində, hesab edir ki, sistem onun təhlükəsizliyinə qarşı yönələ bilər.

Xəbər lenti

Xəbər lenti