...

ABŞ və Rusiyanın Gürcüstanla bağlı maraqları bir-birinə zidd olmamalıdır – Buş Administrasiyasında keçmiş baş məsləhətçi

Siyasət Materials 11 İyul 2008 13:49 (UTC +04:00)

Pol Sonders, Aparıcı amerikalı ekspert, Nikson adına Vaşinqton Mərkəzinin icraçı direktoru, xüsusi olaraq Trend üçün.

Sonders 2003-2005 - ci illərdə Corc Buş Administrasiyasında Amerika-Rusiya münasibətləri üzrə böyük məsləhətçi işləyib.

Düşünürəm ki, Rusiya Gürcüstan böhranını "həll edə bilər", belə ki, bu problemin həlli Rusiya, Gürcüstan, separatçı regionlar Abxaziya və Cənubi Osetiyanın əməkdaşlıq etməsini tələb edir. Rusiya, Gürcüstan və iki region - qarşılıqlı təxribatlardan imtina etməsələr, bu, çətin ki, baş tutsun. ABŞ Dövlət Katibi Rays Tbilisidə olarkən Rusiya və Gürcüstanı bir-birinə qarşı təxribat törətməkdən yayınmağa çağırıb. O, "Biz həmişə dostlarımıza görə mübarizə aparırıq" -deməklə, qismən balansı pozub. Bu bəyanat həm Tbilisi, həm də Moskva tərəfindən birmənalı qəbul edilib.

Mən şəxsən inanmıram ki, ABŞ və Rusiyanın Gürcüstanla bağlı maraqları bir- birinə zidd olmalıdır. Birləşmiş Ştatların Gürcüstanda hansısa əsaslı marağa malik olması az inandırıcıdır, lakin ABŞ-ın, əlbəttə ki, bu regionda bəzi üstünlükləri var. Abxaziya və Cənubi Osetiya ilə bağlı mübahisələrdə Amerikanın əsas məqsədi münaqişənin sulh və rasional yolla həllindən ibarətdir. Bu o deməkdir ki, qərar məqbul olmalıdır ;nə Rusiyanın, nə də Gürcüstanın maraqlarına zidd olmalıdır. Mən hesab edirəm ki, ABŞ da, Rusiya-Gürcüstan münasibətlərində fikir ayrılığında maraqlı deyil. Bu tipli münaqişələr ABŞ üçün daha ciddi olan məsələlərdə Moskva və ya Tbilisi ilə işləməyə mane ola bilər. Bu ölkələrlə müzakirələr üçün İranın nüvə silahı, terrorçuluqla mübarizə və enerji təhlükəsizliyi kimi məsələləri misal göstərmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti