...

Azərbaycan İran tərəfdən özü üçün təhlükə görmür – XİN

Siyasət Materials 14 İyul 2008 14:23 (UTC +04:00)
Azərbaycan İran tərəfdən özü üçün təhlükə görmür – XİN

Azərbaycan, Bakı, 14 iyul/ Trend , müxbir R.Novruzov/ Azərbaycan İran tərəfdən özü üçün təhlükə görmür.

"Azərbaycan və İran arasında mehriban qonluşuq və dostluq münasibətləri mövcuddur və biz dostlarımız tərəfdən özümüzə təhlükə görmürük", - ötən həftə Tehranın keçirdiyi raketlərin sınaq buraxılışını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bazar ertəsi jurnalistlərə bildirib.

"Bizim problemlərimiz yoxdur və biz onların yaranmasını istəməzdik", - İbrahim qeyd edib. O, Azərbaycanın regionda sülh və sabitliyin tərəfdarı olduğunu bildirib.

"Bizim regionda onsuz da çox sayda münaqişə var və buna görə də biz regionda sülh və sabitliyin bərqərar olması üçün hər bir şeyi edirik", - o söyləyib.

Bir müddət əvvəl jurnalistlərə müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bəyan edib ki, "İranın keçirdiyi yeni raketlərin sınağı Azərbaycan üçün də təhlükə törədir və bunun üçün tutarlı əsaslar var".

Diplomat qeyd edib ki, ABŞ daimi olaraq dünya ictimaiyyətini İrandan gələn təhlükə ilə əlaqədar xəbərdar edir.

"ABŞ və bizim tərəfdaşlarımızın İran üzrə mövqeyi İranın nüvə proqramı ilə bağlı problemlərin diplomatik üsullarla həllinin zəruri olmasından ibarətdir", - səfir bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti