...

Azərbaycan prezidenti seçkinin beynəlxalq standartlara tam cavab verməsini istəyir - Venesiya Komissiyasının katibi

Siyasət Materials 15 İyul 2008 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir E.Babayev/ Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda bu ilin payızında keçiriləcək seçkilərin beynəlxalq standartlara tam cavab verə biləcəyini mümkün sayır.

"Azərbaycan prezidenti İlham Əliyevlə dünənki görüşümdə dövlət başçısının birmənalı olaraq siyasi iradəsi ondan ibarət oldu ki, seçkilər nəinki ölkə tarixində ən yaxşı, eyni zamanda beynəlxalq standartlara tam cavab verən olmalıdır", Trend -un məlumatına görə, bunu Bakıda Azərbaycan Mərkəzi Seçki Komissiyası və Avropa Şurası Venesiya Komissiyasının seçki komissiyalarının üzvləri üçün birgə təşkil etdiyi treninqdə Venesiya Komissiyasının katibi Canni Bukikkio deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrın ortalarında keçirilməsi nəzərdə tutulur. MSK bu ayın sonunda seçki kampaniyasına rəsmən start verəcək və seçki gününün dəqiq tarixini açıqlayacaq.

Bukikkio deyib ki, seçkinin ədalətli olması üçün seçki komissiyalarının üzərinə böyük məsuliyyət düşür. "Azərbaycanın Seçki Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər olub. Biz hesab edirik ki, Məcəllənin yaxşılaşdırılmasına yenə ehtiyac var. Bununla belə, indiki Məcəllə ilə tam demokratik seçki keçirmək olar. Azad və ədalətli seçkilər demokratiyanın əsasını təşkil edir", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti