...

ABŞ İran və "5+1" qrupunun müzakirələrinə qoşulacaq

Siyasət Materials 16 İyul 2008 11:12 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir T.Cəfərov / ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vilyam Berns İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Xavyer Solananın iyulun 19-da keçirəcəyi müzakirələrə qoşulmaq üçün Cenevrəyə yola düşüb. Bu barədə İranın "İRİNN" xəbər kanalı məlumat yayıb. Həmin məlumata əsasən, ABŞ mətbuatı bu addımı İranın uranı zənginləşdirmə proqramı üçün dönüş nöqtəsi kimi dəyərləndirib.

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Cəlili iyulun 19-da Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Solana ilə Cenevrədə görüşəcək. Bu görüşdə İran və Qərb rəsmi Tehranın nüvə proqramı ilə bağlı müzakirələr aparacaqlar. Solana iyunun 14-də Qərbin İran üçün hazırladığı iqtisadi qüzəştləri özündə əks etdirən təkliflər zərfini İran rəsmilərinə təhvil verib.

Müəllif ilə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti