...

Azərbaycanın MDB çərçivəsində iki sənəd üzrə xüsusi rəyi var – Baş prokuror

Siyasət Materials 17 İyul 2008 15:02 (UTC +04:00)
Azərbaycanın MDB çərçivəsində iki sənəd üzrə xüsusi rəyi var – Baş prokuror

Gürcüstan, Tbilisi, 17 iyul/ Trend , müxbir N.Kirtsxaliya/ Azərbaycanın Baş Prokurorluğunun cümə axşamı Tbilisidə, MDB ölkələri Baş Prokurorları Şurasında imzalanan doqquz sənəddən ikisi üzrə xüsusi rəyi var. Bu barədə Azərbaycanın Baş prokuroru Zakir Qaralov cümə axşamı Tbilisidə Birlik ölkələri Baş prokurorlarının yekun mətbuat konfransında məlumat verib.

"Mən hazırda bu sənədlərin üzərində dayanmayacağam. Lakin Azərbaycan nümayəndə heyətinin münasibətini və bizim xüsusi rəyimizi qeyd etmək istərdim", - o, özünün qısa nitqində vurğulayıb.

Gürcüstan Baş prokurorunun müavini Kaxa Koberidze mətbuat konfransında bildirib ki, MDB ölkələri Baş prokurorları Tbilisidə bir sıra dövlətlərarası cinayətlərə qarşı birgə mübarizə məsələlərini müzakirə ediblər. "Bizim üçün belə sazişlər çox əhəmiyyətlidir. Belə ki, onlar MDB ölkələri hüquq-mühafizə orqanlarının səylərini koordinasiya etməyə imkan verir", - o vurğulayıb.

Onun sözlərinə görə, tərəflər Tbilisidə trafikinq, insan orqanları və toxumaları ilə ticarət, qanunsuz miqrasiya ilə mübarizə, mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə fəaliyyət planını müzakirə ediblər. "Biz narkotiklərin və psixotrop vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə planı hazırlamışıq", - Koberidze bildirib.

Görüşdə Şuraya daxil olan bütün 10 ölkənin nümayəndələri iştirak ediblər. MDB Baş prokurorlarının daimi orqanı iki ildə bir dəfə toplaşır. Gürcüstanda belə görüş 1997-ci ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti