...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası yerli və beynəlxalq müşahidəçiləri seçkilərdə fəal olmağa çağırıb

Siyasət Materials 18 İyul 2008 18:52 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası  yerli və beynəlxalq müşahidəçiləri seçkilərdə fəal olmağa çağırıb

Azərbaycan, Bakı, 18 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komisiyası yerli və beynəlxalq müşahidəçiləri prezident seçkisində fəal olmağa və müşahidəni aşkar şəkildə aparmağa çağırıb. "Yerli və beynəlxalq müşahidəçilərdən əsas tələbimiz odur ki, prosesi şəffaf şəkildə müşahidə etsinlər. MSK indiyədək keçirilən seçkilərdə müşahidəçilərin fəaliyyətindən razı qalmayıb", - Trend - un məlumatına görə, bu barə MSK sədri Məzahir Pənahov qurumun cümə günü keçirilən iclasında bildirib.

Azərbaycanda prezident seçkisinin oktyabrın 15 - də keçirilməsi nəzərdə tutulur.

MSK-nın cümə günü keçirilən iclasında yerli və beynəlxalq müşahidəçilərin fəaliyyət qaydaları haqqında təlimatlar təsdiqlənib. Təliatların müzakirəsi zamanı Pənahov bildirib ki, istər yerli, istərsə də beynəlxalq müşahidəçilər aşkar etdikləri pozuntular barədə dərhal komissiya üzvlərinə məlumat verməlidirlər. "Amma bir çox hallarda, müşahidəçilər aşkar etdikləri pozuntular barədə heç bir məlumat vermirlər, bu barədə yalnız proses başa çatandan sonra MSK-ya yazılı şəkildə müraciət edirlər və bunun heç bir əhəmiyəti olmur. Qarşıdakı seçkilərdə hər hansı müşahidəçi aşkar etdiyi pozuntu ilə bağlı dərhal məlumat verməsə, sonradan onun apardığı müşahidənin nəticəsi nəzərə alınmayacaq",- deyə MSK sədri bildirdi.

Pənahov onu da bildirib ki, ötən seçkilərdə yalnız ABŞ səfirliyinin apardığı müşahidələrdən razı qalıb. "Onlar aşkar etdikləri problemlər barədə dərhal MSK-ya, şəxsən mənim özümə məlumat veriblər. Mən digər müşahidəçiləri də bu cür fəaliyyət göstərməyə çağırıram", - deyə Pənahov bildirib.

Müzakirələrdə o da vurğulanıb ki, yerli və beynəlxalq müşahidəçilərə, vəzifələrinin bir daha izah olunması üçün müəyyən işlər aparılacaq.

MSK-nın iclasında seçkilərdə vəkil edilmiş şəxslərin statusu haqqında, seçkilərdə səsvermə üçün qeydiyyatdançıxma vəsiqəsinin verilməsi qaydası haqqında təlimatlar və digər normativ xarakterli aktlar da qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti