...

Azərbaycanda iki gündən sonra prezidentliyə namizədlərin irəli sürülməsi prosesi başlanır

Siyasət Materials 28 İyul 2008 17:21 (UTC +04:00)
Azərbaycanda iki gündən sonra prezidentliyə namizədlərin irəli sürülməsi prosesi başlanır

Azərbaycan, Bakı, 28 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanda iki gündən sonra prezidentliyə namizədlərin irəli sürülməsinə başlanacaq. "Azərbaycanda prezident seçkisinin oktyabrın 15- də keçirilməsi barədə qərar iki gün müddətində mətbuatda dərc olunacaq və hüquqi qüvvəyə minəcək. Bundan sonra namizədlərin irəli sürülməsi prosesi başlanacaq". Trend -un məlumatına görə, bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

Pənahov vurğulayıb ki, namizədlərin təqdim etdikləri sənədlərə beş gün müddətində baxılacaq. "Bundan sonra namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar veriləcək. Daha sonra isə, namizədlərə imza vərəqələri veriləcək. Namizədlər, yeni Seçki Məcəlləsinə əsasən, 40 min imza toplamalıdırlar", - deyə o bildirib.

Pənahov qeyd edib ki, ümumilikdə bu namizədlərlə bağlı proses avqust ayının sonuna kimi davam edəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti