...

Azərbaycan və İndoneziyanın qanunverici orqanları əməkdaşlığı genişləndirmək niyyətindədirlər – səfir

Siyasət Materials 29 İyul 2008 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul/ Trend , müxbir R.Novruzov/ Azərbaycan və İndoneziyanın qanunverici orqanları əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. İndoneziya parlamentinin Nümayəndələr Palatasının spikeri Aqunqa Laksono Azərbaycan Milli Məclisinin (parlamentin) rəhbərliyi ilə əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir. Bu barədə Trend -a çərşənbə axşamı Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev məlumat verib.

"Laksononun səfəri Azərbaycan və İndoneziyanın yalnız qanunverici orqanlar arasında deyil, həm də ümumilikdə əməkdaşlığın genişlənməsinə yönəlib", - səfir söyləyib.

Bakıda keçiriləcək danışıqlarda siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq pespektivlərini müzakirə etmək planlaşdırılır. Azərbaycan və İndoneziya siyasi sahədə BMT və İKT, həmçinin bir sıra digər beynəlxalq təşkilatlarda qarşılıqlı səmərəli fəaliyyət göstərirlər. "Bir çox məsələlər üzrə Azərbaycan və İndoneziyanın mövqeləri üst-üstə düşür və yaxındır", - Hacıyev söyləyib.

"İndoneziyanın suveren bərabərliyə və dövlətin ərazinə bütövlüynə hörmət prinsiplərinə dair mövqeyi dəyişməzdir və bu prinsiplərə istinadən o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir", - diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti