Azərbaycan, Bakı, 30 iyul/ Trend , müxbir R.Novruzov/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda Azərbaycanda prezident seçkisini müzakirə etməyə hazırlaşır.
Bu barədə Trend -a çərşənbə günü Semnebinin məsləhətçisi Kler Delessard məlumat verib. Aİ-nin xüsusi nümayəndəsi iyulun 31- də Azərbaycana gələcək. Semnebi səfər zamanı Bakıda Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması yolları və Azərbaycan siyasətinə dair digər məsələləri müzakirə etməyi planlaşdırır.
Semnebinin görüş proqramına Azərbaycan hökuməti, qeyri-hökumət nümayəndələri və Azərbaycanda akkreditə olunmuş Avropa ölkələrinin diplomatik missiyalarının rəhbərləri ilə görüş daxildir. Aİ-nin xüsusi nümayəndəsi Cənubi Qafqaz ölkələrinin insan hüquqları, demokratiya və yoxsulluğun azaldılması kimi aspektlərdə Aİ-nin demokratik dəyərlərinə inteqrasiyası üzrə iş aparır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]