...

Pekin Olimpiadası separatçılara əlverişli imkandır

Siyasət Materials 5 Avqust 2008 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust/ Trend müxbir E.Tarıverdiyeva, V.Javronkova/ Pekin Olimpiadası Çinin separatçı qruplarının özlərini göstərmələri üçün bəhanə olub ki, bu da ölkə ərazisində terror aktlarının davam etdirilməsinə səbəb olacaq.

"Çin uyğurlarının separatçı qrupları Çində bu yaxınlarda Sintszyanda baş verən terror aktına bənzər terror aktlarının həyata keçirilməsini davam etdirmək niyyətindədirlər", - çinli ekspert Zanq Jiadonq (Zhang Jiadong) hesab edir.

Pekin Olimpiadasının açılışının yaxınlaşması ilə ölkə ərazisində islamçı yaraqlı-separatçıların terror aktları çoxalıb. Çin KİV çərşənbə axşamı Kaşqar şəhərində hücuma görə günahı onların üzərinə qoyublar. Bu hücum nəticəsində 16 polis əməkdaşı ölüb və 16-sı yaralanıb.

Çinli ekspert Jiadonqun rəyinə görə, Pekin Olimpiadasına hazırlıq vaxtı separatçıların özlərini göstərmələri üçün ən əlverişli vaxtdır.

İnsan hüquqları üzrə əksər Qərb təşkilatları Çin hökumətini tənqid ediblər. "Bu, separatçılara ölkə xaricindəki tərəfdaşlarının səslərinə səs verərək, özlərini göstərmələrinə səbəb olub", - Fudan Universitetinin (Şanxay) regional təhlükəsizlik üzərində nəzarət üzrə proqramın eksperti Jiadonq Trend -a bildirib.

Politoloq hesab edir ki, Çin ərazisində terror aktlarının daha bir səbəbi terrorizmi dəstəkləyən ölkələrə imkanların nümayiş etdirilməsidir. Onun sözlərinə görə, bəzi separatçı qruplar əksər müsəlman ölkələrindən xarici vəsait alır və onlar bu vəsaitlərin xərcləndiyini göstərmək üçün əllərindən gələni etməlidirlər.

Çin üzrə amerikalı ekspert Qian Quonun (Qian Guo) rəyinə görə, uyğur separatçılarının ən amansız qruplaşmaları arasında bunun xalq üsyanına və beynəlxalq müdaxiləyə gətirəcəyi ümidi ilə uzunmüddətli terror müharibələri strategiyaları var.

Uyğur separatçı hərəkatın ekstremistləri üçün çinlilərə qarşı terror aktlarının həyata keçirilməsinin əsas səbəbi xarici effektlə əlaqədardır. "Mən Çin hökumətinə qarşı fədakar, öz-özünü dağıdan mübarizə cəhdləri görürəm, - San Francisco State University-nin (ABŞ) professoru Quo Trend -a bildirib. Mümkündür ki, terror hücumlarının yalnız bu effekti kütlələr arasında aktual olmaqda uyğur millətçiliyinə yardım edir".Ekspertlər Olimpiada zamanı terror aktlarının təkrarlanacağının mümkün olduğunu istisna etmirlər. Jiadonqun sözlərinə görə, terrorçuluğun təbiəti görünməzdir və buna görə də istənilən mümkün təbirlərdən istifadə qeyri - məhduddur.

Ekspert hesab edir ki, Olimpiya oyunlarının Təhlükəsizlik Komitəsi tam əminliklə söyləyə bilməz ki, istənilən terror qəsdini dayandıra bilərlər. "Deyə bilərəm ki, Pekin Olimpiya oyunlarını terror təhdidlərindən müdafiə etmək üçün kifayət qədər imkanlara malikdir - lakin bu o demək deyil ki, Olimpiya oyunları zamanı Çində heç bir terror aktı olmayacaq", - Jiadonq bildirib.

Çin üzrə avropalı ekspert Kerri Braunun (Kerry Brown) sözlərinə görə, Pekin Olimpiadasında təhlükəsizlik səviyyəsi çox yüksəkdir və bununla əlaqədar, irimiqyaslı terror hücumları ehtimalı azdır. "Lakin Çinin təhlükəsizlik sistemi nə qədər güclü olsa da, terror hücumları ehtimalını tamamilə istisna etmək olmaz", - Chatham House (İngiltərə) Analitik Mərkəzinin professoru Braun Trend -a bildirib.

Amerikalı ekspert Quo hesab edir ki, indi qarşıdakı Olimpiya oyunlarında hansısa ciddi hücumun təşkil ediləcəyi ağlasığmazdır. Pekin və Olimpiadanın keçirildiyi istənilən digər şəhər əvvəlcədən təhlükəyə hazırdır, - o hesab edir. "Lakin 11 sentyabrı xatırlasaq, ən ağlagəlməz vəziyyətdə hər şey baş verə bilər", - Quo hesab edir.

Ekspertin rəyinə görə, uyğur separatçıları, ola bilsin, digər yerlərdə hücum etməyə çalışacaqlar. Ekspert güman edir ki, Olimpiya oyunlarında birbaşa hücumlar, çətin ki, uğurla nəticələnsin, lakin uyğur separatçıları tərəfdən hücumlar mümkündür və ola bilsin ki, başqa yerlərdə və başqa vaxtda baş verəcək.

"Digər tərəfdən, bu vahələrə terror hücumları Çinin siyasətinə və ya beynəlxalq diqqətə məhdud təsir göstərəcək", - Quo bildirib.

Cümə günü keçiriləcək Olimpiadanın açılış mərasimi ərəfəsində Kaşqarda terrorçuların polislərə hücum etməsi ilə əlaqədar, təqribən 100 min polis və hərbçi yüksək hazırlıq vəziyyətinə gətirilib.

BBC-nin saytı məlumat verir ki, Oyunların Təşkilat Komitəsinin nümayəndəsi qeyd edib ki, bütün Olimpiya obyektlərində təhülkəsizlik tədbirləri gücləndirilib.

Çinli ekspert hesab edir ki, Çinin təhlükəsizlik qüvvələrinin vəzifəsi Olimpiya oyunlarını terror və digər təhlükələrdən müdafiə etməkdir və onlar artıq bu məsələdə böyük təcrübəyə malikdirlər. Jiadonq ümid edir ki, Pekində Olimpiya oyunları dinc və uğurla keçəcək.

Amerikalı ekspert Quo güman edir ki, Çin hakimiyyəti şübhəli görünən və təhlükə törədən istənilən vəziyyəti aradan qaldıracaq. Nümunə kimi o bildirib ki, açılış mərasiminə bir saat qalmış Pekində bütün reyslər və qatarlar dayandırılacaq.

"Düşünürəm ki, Çinin təhlükəsizlik xidmətləri Olimpiya oyunlarında təhlükəsizliyin təmin olunması məqsədilə dövlət tərəfindən bütün zəruri güc və ehtiyatlarla təchiz ediliblər", - politoloq bildirib.

Müsəlman-uyğur qruplaşmalarının hökumətə qarşı mübarizəsinin əsas məqsədi müsəlman uyğurların yaşadığı Sintszyan vilayətinin Çindən ayrılmasıdır.

Jiadonq hesab edir ki, uyğurların bir neçə məqsədi var: separatçılar Pekini kompromisə məcbur etmək və Çindən ayrı müstəqillik əldə etmək və muxtariyyət statusu almaq istəyirlər. Ekspert hesab edir ki, onlar, həqiqətən də, müstəqillik əldə edərlərsə, onların növbəti hədəfi Çinin şimal-qərbini Türkiyəyədək kəsib keçə və Almaniyanın bəzi hissələrini özündə birləşdirən böyük millət olacaq. "Separatçıların bəziləri artıq Almaniyanın cənub hissələrini Qərbi Türküstan adlandırmağa başlayıblar", - Jiadonq bildirib.

Ekspertin rəyinə görə, daha bir məqsəd dini dövlətin yaradılmasıdır. Dini fundamentallar anlayırlar ki, bu məqsədə Pekinin dünyəvi idarəetməsini devirdikdən sonra nail ola bilərlər.

Britaniyalı ekspert Braun güman edir ki, son zamanlar açıq şəkildə terror hücumlarının mümkünlüyü barədə bəyanatlar verən insanlar Şərqi Türküstanın Müstəqillik Qrupunun (ETİG) üzvləridir. Ekspertin sözlərinə görə, ETİG müsəlman uyğurların Çindən ayrılmasının lehinə çıxış edir və tam müstəqillik istəyir.

Uyğurlar islama etiqad göstərən türkmənşəli xalqdır. Uyğur dilinin daşıyıcıları Çinin Sintszyan-Uyğur Muxtar Rayonunun yerli əhalisidir. Onların ümumi sayı təqribən 20 mln. nəfərdir. Sintszyan-Uyğur rayoununda təqribən 11 mln. nəfər yaşaır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti