...

Gürcüstan Rusiyanın iştirakı ilə yeni sülhməramlı mexanizm təklif etməlidir – Ümumdünya Beynəlxalq Araşdırmalar Assosiasiyasının eksperti

Siyasət Materials 6 Avqust 2008 15:55 (UTC +04:00)

Aparıcı avropalı ekspert, Stenford Universiteti nəzdində Ümumdünya Beynəlxalq Araşdırmalar Assosiasiyasının üzvü, Tomoyuki Haşimoto, xüsusi olaraq Trend üçün

Bir müddət əvvəl Cənubi Osetiyada baş verən hadisələr bütün dünyanın diqqətini cəlb edib: Ukrayna regiondakı sülhməramlı mexanizmi "qeyri-səmərəli" adlandırır, Estoniya Aİ - ni ölçü götürməyə çağırır. Əksər beynəlxalq mənbələr Rusiyanın separatçılara hərbi dəstək verməsini göstərir və beləliklə, Rusiya qoşunları regionun sabitliyin pozulmasının faktorudur. Buna baxmayaraq, Avropanın Almaniya, Fransa və Böyük Britaniya kimi dövlətlərinin hökumətləri Rusiyanın yerinə vəziyyətə cəlb olunmaq istəmir; onların hökumətləri öz xalqından daxili dəstək almayacaq.

ABŞ - da prezident seçkiləri noyabrda baş tutacaq və yeni ABŞ administrasiyası (kimin prezident olacağından asılı olmayaraq) Əfqanıstandakı missiyanın gücləndirilməsində avropalılardan yardım istəyə bilər. İndi Avropa Cənubi Osetiyadakı hərbi əməliyyatlarda iştirak edərsə, o zaman ona əfqan missiyasında iştirakdan imtina etmək çətin olacaq.

Ötən ay (2008 - ci ilin iyulu) Fransa Avropa İttifaqında altı aylıq sədrliyi öz üzərinə götürüb. Avropanın aparıcı ölkələrindən biri kimi, Fransa üçün prioritet məsələ İrlandiyanın Lissabon Müqaviləsinin təsdiqindən imtina etməsi olacaq. Və təəssüf ki, Avropa sülhməramlı missiyalarının məsuliyyət zonaları Avropanın gündəliyində ikinci yerdə duracaq.

Aİ sülhün dəstəklənməsi üzrə Osetiya missiyasında Rusiyanı əvəz edə bilməzsə, o zaman bunu kim edə bilər? ABŞ iqtisadi və hərbi potensialına görə birinci namizəddir. Buna baxmayaraq, prezident seçkilərinin nəticəsi məlum olmadığından, 2009 - cu ilədək Amerikanın xarici siyasətində əhəmiyyətli dəyişikliklər baş verməyəcək. İkinci namizəd Çin olacaq. Lakin bir müddət əvvəlki zəlzələ və qarşıdakı Olimpiya oyunları Çin hökumətini bütün diqqəti ölkənin daxili işlərinə yönəltməyə məcbur edəcək.

Beləliklə, hazırki mərhələdə Rusiyadan başqa, digər xarici ölkələrin dərhal yardım göstərməsi ehtimalı azdır. Buna baxmayaraq, Gürcüstan hökuməti, ABŞ -ın daxili siyasətinin istiqaməti müəyyən edilən kimi hərəkət etməyə başlamaq üçün, ABŞ prezidentliyinə hər iki namizədlə sıx əlaqədə olmalıdır. Eyni zamanda, Gürcüstan hökuməti yeni sülhməramlı mexanizm təklif (Moskvanı ittiham deyil) etməlidir və bu işdə Rusiya iştirak edə bilər. Rusiya xarici siyasətinin ünvanına kütləvi ittihamlar yalnız RF-nin mövqelərinin sərtləşməsinə gətirəcək.

Tbilisi isə, əksinə, Moskva ilə əməkdaşlıq əvəzinə, ona faydalı ola biləcək iqtisadi təşəbbüslər göstərə bilər. Bundan əlavə, Çin və Türkiyə ilə mümkün əməkdaşlığı nəzərdə tutan Gürcüstan Rusiya, Çin, ABŞ və Avropa arasında qlobal rəqabət çərçivəsində, Moskvanın dəstəyini separatçılarla deyil, məhz Tbilisidə artıra bilər.

Müəllifin rəyi Trend İnformasiya Agentliyi redaksiyasının rəyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti