...

Qərb "ayılmalıdır və anlamalıdır" ki, Gürcüstandakı vəziyyət olduqca ciddidir – Gürcüstan prezidenti Saakaşvili

Siyasət Materials 8 Avqust 2008 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir R.Novruzov/ Qərb "ayılmalıdır və anlamalıdır" ki, Gürcüstandakı vəziyyət olduqca ciddidir. Bu barədə cümə günü CNN telekanalına müsahibəsində Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib.

"Biz kiçik dövlətik, lakin həmişə azadlıq və demokratiya uğrunda mübarizə aparmışıq və öz ərazimiz uğrunda mübarizə aparacağıq", - deyə o bildrib.

Onun sözlərinə görə, Rusiya "özünü elə aparır ki, guya beynəlxalq ictimaiyyətin rəyinə qulaq asır", lakin Tsxinvalidə belə bir vəziyyət yaranan kimi, dərhal bu əyalət üzərində nəzarəti ələ aldı.

Prezident bildirib ki, Gürcüstan və Tsxinvali arasındakı münaqişəyə Rusiya səbəb olub. Saakaşvili vurğulayıb ki, bu gün 00:00-da Rusiya qoşunları sərhədi keçib və Gürcüstan cavab tədbirləri görməyə məcbur olub.

1990 -cı ilin əvvəlində Gürcüstanın Cənubi-Osetiya Muxtar Vilayəti Rusiyanın köməyi ilə ölkənin tərkibindən çıxdı və öz müstəqilliyini bəyan etdi. Bunun nəticəsində regionda müharibə başaldı və Gürcüstan öz ərazi bütövlüyünü bərpa edə bilmədi. Dünya ölkələri və beynəlxalq təşkilatlar Cənubi Osetiyanın müstəqilliyini tanımırlar. 10 ildən bəri davam edən sülh danışıqları heç bir nəticə verməyib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Səhər gürcü ordusunun Sxinvaliyə daxil olması barədə məlumat yayılıb. Rəsmi Tbilisi bu hadisələri "Konstitusiya qayda-qanununun bərpası"adlandırır. Tanınmamış Cənubi Osetiya Rusiyadan hərbi kömək istəyir. Bu gün səhər Gürcüstanın ehtiyatda olan hərbçilərinin səfərbərliyi elan edilib. Bu barədə prezident Mixail Saakaşvili Gürcüstan televiziyası ilə müraciətində bəyan edib. Məlumatlara görə, son illər 100 mindən çox adam hərbi təlim keçərək, ehtiyata yazılıb. Hazırlıq keçənlərin yaş həddi 25-45 arasındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected] .

Xəbər lenti

Xəbər lenti