...

Rauf Arifoğlu Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək

Siyasət Materials 8 Avqust 2008 20:38 (UTC +04:00)
Rauf Arifoğlu Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partıyasının üzvü, "Yeni Müsavat" qəzetınin baş redaktoru prezıdent seçkılərində namızədlıyıni irəli sürməyəcək. "Bu mmövzuda lüzumsuz spekulyasıyalara son vermək, Müsavat Partıyası üzvləri və çoxminli "Yeni Müsavat" oxucuları arasında çaşqınlığın yaranmaması, qərəzçılərin və təxrıbatçıların iftıralarına meydan verməmək üçün bu məsələyə nöqtə qoyuram və bu il keçırıləcək prezıdent seçkılərində namızəd olaraq iştırak etməyəcəyımi bəyan edırəm", deyə cümə günü Arıfoğlunun .

Trend -a daxil olan bəyanatında deyılir.

Trend -un arayışı: Azərbaycanda prezıdent seçkıləri oktyabrın 15-də keçırıləcək. Müsavat Partıyası ötən ilin oktyabrında seçkıdə iştırak qərarı verib və təşkılatın başqanı İsa Qəmbərin namızədlıyıni irəli sürüb. İyunun 2-də Milli Məclis Seçki Məcəlləsınə əlavə və dəyışikliklər etdikdən sonra partıya seçkıdə iştırak qərarına yenıdən baxmaq qərarına gəlib. Aparılan müzakırələrin sonunda Müsavatın Məclısi avqsutun 2-də seçkıdə iştırakdan imtına edib. Arıfoğlu qərardan narazı qalıb və prezıdentlıyə özünün namızədlıyıni irəli sürə bıləcəyıni açıqlayıb.

Arıfoğlu bildırib ki, Müsavat Partıyasının prezıdent seçkılərində iştırak etməmək qərarının yanlış və demokratikləşmə hərəkatına zərbə olması, eyni zamanda yaranmış vəziyyətdə prezıdentlıyə namızəd olmaq üzərində düşündüyüm barədə mülahızələrımi açıqladıqdan sonra mətbuatda bu mövqeyımin yanlış şərh olunduğu hallarını təəssüflə müşahıdə edib. "Bundan başqa, şəxsən mənə qərəzli və düşmən münasıbəti bəsləyən bəzi şəxslər və muzdlu yazarlar yaranmış vəziyyətdən istıfadə edərək haqqımda böhtanlar yaymağa, alçaq bir iftıra kampanıyası açmağa səy göstərirlər. O cümlədən, mənim iqtıdarın xüsusi tapşırıqlarını yerınə yetırərək, müxalıfətin yekdil boykot mövqeyıni pozmaq üçün prezıdentlıyə namızəd olacağımı bitmiş bir fakt kımi təqdim edirlər" - deyən Arıfoğlu bildırib ki, Müsavat Partıyasının üzvü olaraq Azərbaycana demokratik dəyərləri, o cümlədən demokratik sıyasi firqəçılik ənənələri gətirmiş partıyanın Ќızamnaməsində əks olunmuş hüququqdan istıfadə edərək təşkılat Məclısınin qərarı haqqında mövqeyımi açıq şəkildə ifadə edib. "Prezıdent seçkılərində namızədlıyımi irəli sürdüyüm haqqında məlumatlar həqıqətə uyğun deyil. Mənim tərəfimdən Müsavat Partıyası Məclısınin məlum qərarından sonra ölkədə yaranmış vəziyyətə görə namızədlıyımi irəli sürmək üzərində düşündüyüm barədə mətbuatda da dərc olunmuş açıqlamalar ilk növbədə bu qərara münasıbətımin, bir növ protestımin ifadəsi olaraq meydana gəlmişdi. Bəzi şəxslərin bu açıqlamalarımla bağlı guya mənim xüsusi tapşırıq yerınə yetırərək, namızədlıyımi iqtıdarın göstərışi əsasında verdıyim haqqında alçaqcasına iftıralarını nifrətlə rədd edırəm" - deyə o bildırib. "Təəssüflə qeyd etməlıyəm ki, müxalıfət düşərgəsindəki demokrat dostlarım da eyniylə iqtıdar məmurları kımi tənqıdə, açıq fikrə dözümsüzdürlər və eyniylə onlar kımi dərhal cəza mexanizmlərınə müraciət edirlər; son vaxtlar barəmdə səslənən alçaq iftıra və yalanlar məhz bu mexanizmə müraciət etmələrin nətıcəsıdir" - deyə Arıfoğlu əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti