...

Rusiya Gürcüstana planlaşdırılmış müdaxilə aparır – prezident Saakaşvili

Siyasət Materials 11 Avqust 2008 19:02 (UTC +04:00)
Rusiya Gürcüstana planlaşdırılmış müdaxilə aparır – prezident Saakaşvili

Azərbaycan, Bakı, 11 avqust/ Trend , müxbir R.Novruzov/ Rusiya çoxdan Gürcüstana müdaxiləyə hazırlaşıb, - Gürcüstan prezidenti Mixail Saakaşvili bazar ertəsi Tbilisidə mətbuat konfransında bildirib.

"Bir neçə gün ərzində Rusiyanın münaqişədə istifadə etdiyi sayda qoşun hazırlamaq mümkün deyil", - Saakaşvili bildirib.

Onun rəyinə görə, bu Rusiya tərəfinin müdaxiləyə illərlə olmasa da, aylarla hazırlaşdığından xəbər verir,- CNN telekanalı məlumat yayıb.

Prezidentin sözlərinə görə, Gürcüstana Cənubi Osetiya və Abxaziya istiqamətindən hücum edirlər.

"Rusiyanın apardığı əməliyyat sülhməramlı missiyadansa, tammiqyaslı müdaxilədir", - Saakaşvili söyləyib.

O, həmçinin bildirib ki, atəşkəs barədə akt hazırlayıb, lakin Rusiya tərəfi hələ də onu nəzərdən keçirməyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected] .

Xəbər lenti

Xəbər lenti