...

İlham Əliyevin prezidetliyə namizədliyinin qeydə alınması üçün imzalar MSK-ya təqdim edilib

Siyasət Materials 11 Avqust 2008 19:43 (UTC +04:00)
İlham Əliyevin prezidetliyə namizədliyinin qeydə alınması üçün imzalar MSK-ya təqdim edilib

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) hazırki dövlət başçısı, partiyanın sədri İlham Əlıyevin prezidentlıyə namizədliyinin dəstəklənməsi və qeydə alınması üçün imza toplanması kampanıyasını qısa müddətdə başa çatdırıb. YAP-ın mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq toplanmış 40 mindən artıq imza bu gün Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15 - də keçiriləcək. İndiyə qədər qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 11 nəfər müraciət edib. Siyasi təşkilatlardan hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədlikləri təsdiq edilib. Bundan başqa, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim), Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi) prezidentliyə namizədliykləri MSK tərəifndən təsdiq edilib.

Mətbuat xidmətini məlumatına görə, YAP-ın 1000 nəfərə yaxın fəalının iştırakı ilə bütün dairələrdə həyata keçirdiyi imzatoplama kampaniyası səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının yüksək fəallığı ilə müşayiət olunub. Seçicılər İlham Əliyevin prezidentliyə namizədliyıni dəstəklədiklərini və müdafiə etdiklərıni bəyan ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti