...

Cənubi Osetiya münaqişəsi zamanı qaçqın düşmüş gürcülər Gürcüstan azərbaycanlılarının ailələrində məskunlaşdırılıb

Siyasət Materials 15 Avqust 2008 17:43 (UTC +04:00)
Cənubi Osetiya münaqişəsi zamanı qaçqın düşmüş gürcülər Gürcüstan azərbaycanlılarının  ailələrində məskunlaşdırılıb

Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir C.Babayeva/ Cənubi Osetiya münaqişəsi nəticəsində qaçqın düşmüş gürcülər və digər millətlərin nümayəndələrinin bir hissəsi Gürcüstanın Sadaxlı zonasında yaşayan azərbaycanlılarının ailələrində məskunlaşdırılıb. Bu barədə cümə günü Trend -a İlya Çavçavadze adına Tbilisi Dövlət Universitetinin Marneuli filialının rektoru, Gürcüstanın Azərbaycanlı Ziyalıları Birliyinin sədri Novruz Bayramov telefonla Tbilisidən məlumat verib.

Trend -un arayışı: Gürcüstan avqustun 8- də ərazi bütövlüyünü bərpa etmək üçün Cənubi Osetiyada hərbi əməliyyatlara başlayıb. Bundan sonra Rusiya bu ölkənin ərazisinə zərbərələr endirib. Rusiyanın hücumu nəticəsində Gürcüstan böyük itgilərlə üzləşib, ölkənin bir necə rayon və şəhəri dağıdılıb, infrasturukturlara ciddi ziyan dəyib.

Rusiya hərbi hava qüvvələrinin Gürcüstanın azərbaycanlıların sıx məskunlaşdığı Marneuli və Bolnisi şəhərlərini intensiv atəşə tutub. Bombalar Marneulinin hərbi aerodromuna atılıb.

Beynəlxalq təşkilatların və aparıcı dövlətlərin vasitəçiliyi ilə avqustun 12-də Rusiya və Gürcüstan arasında atəşkəs sazişi imzalanıb.

Bayramovun sözlərinə görə, azərbaycanlı ailələrində məskunlaşdırılan qaçqın, yaralı və imkansızlara hər cür kömək göstərilir. "Ailələrdə məksunlaşdırılan qaçqınlar, əsasən, Qori rayonu ətrafında yaşamış gürcülər və digər millətlərin nümayəndələridir. Artıq yüzlərlə qaçqın ailəsinin məskunlaşdırılması başa çatıb", -deyə o bildirib.

Onun bildirdiyinə görə, cümə günü Tbilisidə Mirzə Fətəli Axundov adına tarix muzeyində Gürcüstanın azərbaycanlı ziyalılarının toplantısı keçirilib. "Toplantıda münaqişə nəticəsində qaçqın düşmüş şəxslərin azərbaycanlıların sıx yaşadıqları regionlarda yerləşdirilməsilə yanaşı, Gürcüstan azərbacyanlılarının hazırkı vəziyyəti də müzakirə olunub", - deyə Novruzov bildirib.

Novruzov qeyd edib ki, Gürcüstan azərbaycanlıları vətənə sadiqdirlər və onların vətəni tərk etmək fikirləri belə yoxdur. "Gürcüstan azərbaycanlıları ölkənin ərazi bütövlüyünü qorumağa və Gürcüstanda sülh və əmin-amanlığın bərpa olunması üçün əllərindən gələn köməkliyi göstərməyə hazırdırlar",- deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti