...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Siyasət Materials 18 Avqust 2008 10:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 17-də saat 08.00-dan 08.25-dək, 22.40-dan 23.30-dək və avqustun 18-də saat 00.10-dan 00.25-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.50-dən 01.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 00.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti