...

Azərbaycan Sosial-Demokrat Partiyası prezident seçkisində iştirak etməməyə qərar verib

Siyasət Materials 18 Avqust 2008 20:53 (UTC +04:00)
Azərbaycan Sosial-Demokrat Partiyası prezident seçkisində iştirak etməməyə qərar verib

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir E.Babayev/ Solçu Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcək. Bu barədə Trend -a ASDP-nin bazar ertəsi keçirilən Mərkəzi prennumun iclasından sonra bildirilib.

Azərbaycanda prezident seçkisi bu il oktyabrın 15- də keçiriləcək. ASDP-nin Moskvada mühacir həyatı yaşayan həmsədri Ayaz Mütəllibov bir neçə həftə bundan əvvəl bəyan edib ki, partiya seçkilərdə iştirak etməməlidir. Ancaq partiyanın digər həmsədri Araz Əlizadə bunun əleyhinə çıxıb, və bildirib ki, yekun qərar müzakirələrdən sonra veriləcək.

Partiyadan bildirilib ki, ASDP-nin prezident seçkilərində iştirakdan imtina etməsi maliyyə problemi ilə bağlıdır. "Prezident seçkilərində ASDP-nin öz namizədi ilə iştirak etmək üçün maliyyə imkanları olmadığından, partiya bu seçkilərdə prezidentliyə namizəd irəli sürməyəcək", - deyə ASDP- dən bildirilib.

Partiyadan o da bildirilib ki, rayon təşkilatları prezident seçkilərində maliyyə vəsaitinin olmaması üzündən ASDP-nin öz namizədi ilə iştirak edə bilməməsi problemi ilə qarşılaşmasınınn günahını partiya rəhbərliyində görür. Maliyyə vəsaitinin olmaması səbəbindən bir çox rayon təşkilatları öz fəaliyyətlərini, demək olar ki, dayandırıblar və rəhbərlik bunun qarşısını almaq üçün heç bir konkret iş görməyib. Rayon komitələri bu məsələ ilə əlaqədar partiya rəhbərliyindən növbəti qurultayda cavab gözləyirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti