...

Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayında artım gözlənilir

Siyasət Materials 19 Avqust 2008 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanda qarşıdan gələn prezident seçkilərində səsvermə hüququ olan vətəndaşların sayında cüzi artım gözlənilir. "Hər gün seçici siyahılarının dəqiqləşdirilməsi məqsədi ilə yaradılan "qaynar xətt"ə vətəndaşlar tərəfindən təqribən 30-40 müraciət edilir və gözlənilir ki, seçici siyahısında cüzi artım olsun", çərşənbə axşamı Trend -a Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

Trend -un arayışı: Azərbaycanın MSK-sı tərəfindən may ayına olan məlumata əsasən, 4 milyon 834 min 584 seçici qeydə alınıb. Ötən il tərtib olunan seçici siyahısında 4 milyon 600 mindən çox seçici qeydə alınmışdı.

Siyahıya düşən seçicilərin 52 faizi qadın, 48 faizi kişidir.

Hüseynov qeyd edib ki, seçki gününə 25 gün qalmış seçici siyahısı ilə bağlı son məlumat açıqlanacaq. "Əvvəlki illərlə müqayisədə əhali seçici siyahılarının dəqiqləşdirilməsi prosesində daha fəal iştirak edir. Təbii ki, aparılan maarifləndirmə işi və "qaynar xətt"in yaradılması əhalinin seçici siyahılarının dəqiqləşdirilməsi işinə maraq göstərməsinə şərait yaradıb", - deyə o əlavə edib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti