...

Rusiyanın təcavüzü nəticəsində Gürcüstan tərəfdən həlak olanların sayı 215 nəfərə çatır

Siyasət Materials 19 Avqust 2008 20:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiyanın hərbi təcavüzü nəticəsində bu günədək 215 nəfər həlak olub. Bu barədə jurnalistlərlə söhbətində Gürcüstan parlamentinin müdafiə və dövlət təhlükəsizliyi komitəsinin sədri Givi Tarqamadze məlumat verib.

Bu gün həlak olanlar və itkin düşənlərin işi üzrə komissiyanın iclası keçirilib. İclasda bütün idarələrin həlak olanlar, yaralananlar və itkin düşənlərlə bağlı məlumatları tutuşdurulub.

Tarqamadzenin sözlərinə görə, cəmi 1469 nəfər yaralanıb. Onlardan 1023-ü xəstəxanadan evə buraxılıb, 446-sı isə stasionar müalicəni davam etdirir. Parlamentari qeyd edib ki, 13 DİN əməkdaşı öldürülüb, 1023-ü yaralanıb. Müdafiə Nazirliyinə gəldikdə isə, 133 hərbi qulluqçu həlak olub, 1199-u yaralanıb. Onlardan 361-i müalicə alır. 70 hərbi qulluqçu itkin düşüb, yeddi cəsəd tanınmayıb.

Dinc əhaliyə gəldikdə isə, Tarqamadzenin sözlərinə görə, 61 nəfər yaralanıb, 69 nəfərə həlak olub. Itkin düşənlərin sayını müəyyən etmək mümkün olmayıb.

O bəyan edib ki, Rusiya hərbçiləri Potidə Müdafiə Nazirliyinin 12 qulluqçusunu əsir alıblar. Deputat ümid edir ki, onlara əsir statusu veriləcək və yaxın vaxtlarda azad ediləcəklər.

Tarqamadze osetin separatçıların əsir aldığı gürcülərin azad edilməsini daha çətin proses sayır. "Bu kifayət qədər çətin proses olacaq. Bunun üçün vaxt tələb olunur", - o qeyd edib.

Komissiya hər iki gündən bir toplaşacaq və müxtəlif idarələrdən daxil olan məlumatları dinləyəcək.

Xəbər lenti

Xəbər lenti