...

Rumıniya prezidenti Bakıda Qara dəniz regionu problemlərini müzakirə edəcək – Rumıniya XİN-i

Siyasət Materials 20 Avqust 2008 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir R.Novruzov/ Rumıniya prezidenti Trayan Basesku Bakıda Qara dəniz regionu problemlərini müzakirə etmək niyyətindədir.

Rumıniya XİN-in İnformasiyalar Departamentinin direktor müavini Niskolay Paxonyanın çərşənbə günü Buxarestdən telefonla Trend -a verdiyi məlumata görə, Rumıniya prezidentinin səfəri cümə axşamına nəzərdə tutulub.

"Dövlət rəhbərinin Azərbaycana səfəri Qara dəniz regionu ölkələrinə səfəri çərçivəsində reallaşacaq", - deyə Paxonya bildirib.

Basesku Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Türkiyəyə işgüzar səfər etməyi planlaşdırır.

Rumıniya prezidentinin səfər proqramlarına öz həmkarları ilə görüş, Qara dəniz regionu problemlərinin müzakirəsi və müxtəlif strukturların, o cümlədən Avropa İttifaqı, NATO və ATƏT-in əməkdaşlığa cəlb edilməsi məsələsi daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti