...

Azərbaycan prezidenti Xızı rayonunda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillər təqdim edib

Siyasət Materials 22 Avqust 2008 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend / Azərbaycanın Xızı rayonunda cümə günü Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş ikimərtəbəli 16 mənzilli bina istifadəyə verilib. Bu münasibətlə buraya gələn Azərbaycan prezidenti İlham Əliyev mənzillərin orderlərini sahiblərinə təqdim edərək, onları təbrik edib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində tikilmiş bina su, qaz və elektrik enerjisi ilə tam təmin olunub, burada müasir istilik sistemi quraşdırılıb.

Prezident Azərbaycanda əlillərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, Azərbaycan inkişaf edir, daha da güclənir, ordu quruculuğu sahəsində mühüm işlər görülür və işğal olunmuş torpaqlarımız azad ediləcək.

Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onlara göstərdiyi diqqət və qayğıya görə prezidentə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti