...

NATO Gürcüstanın müdafiə sistemini öyrənəcək xüsusi qrup formalaşdırır

Siyasət Materials 22 Avqust 2008 17:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 avqust/ Trend , müxbir N.Kirtsxaliya/NATO-nun 26 üzv ölkəsi Gürcüstanın müdafiə sistemini öyrənəcək xüsusi qrup formalaşdırır. Bu barədə Gürcüstanın Müdafiə naziri David Kezeraşvili NATO Baş katibinin xüsusi nümayəndəsi Robert Simmonsla görüşündən sonra deyib.

Onun sözlərinə görə, bu qrup ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün nə lazım olacağını və Alyansın Gürcüstana hansı köməyi göstərə biləcəyini öyrənəcək. "Gürcüstanın MAP alması üçün addımlar atılmalıdır", - müdafiə nazirliyinin rəhbəri qeyd edib.

Simmons, öz növbəsində, qeyd edib ki, qrup Gürcüstandakı real vəziyyəti öyrənəcək. "Bu qrupun yaradılması siyasi addımdır. Əsas məsələ vəziyyəti qiymətləndirmək və müvafiq sənədləri hazırlamaqdır", - o deyib.

Simmons onu da qeyd edib ki, Rusiya prezidentinin imzaladığı və atəşin dayandırılmasını nəzərdə tutan sənədin bütün şərtlərinə əməl olunmalıdır.

Xəbər lenti

Xəbər lenti