...

Ölkənin təhlükəsizliyinin təmini Mücahidlərin öhdəsinə verilməlidir – Əfqanıstan deputatları

Siyasət Materials 25 Avqust 2008 16:15 (UTC +04:00)
Ölkənin təhlükəsizliyinin təmini Mücahidlərin öhdəsinə verilməlidir – Əfqanıstan deputatları

Əfqanıstan, Kabil, 25 avqust/ Trend / A. Həkimi / Əfqanıstan Parlamentinin bəzi nümayəndələri təhlükəsizlik böhranına son qoymaq üçün, ölkənin təhlükəsizliyini mücahidlərə tapşırılmağı hökumətdən tələb edib.

Hazırda Əfqanıstanın ən böyük problemlərindən olan sabitliyin pozulması faktlarının artması, ölkə vətəndaşlarının gələcəyə inamını azaldıb. Sabitlyin pozulması inkişafın qarşısını alan ən əsas amillərdir. Ölkə vətəndaşlarının əksəriyyətinin istəyi təhlükəsizliyin təmin olunması və yeni iş yerlərinin açılmasıdır. Sabitliyin pozulması ilə bağlı yaranan problemlər hakimiyyət və xalq arasında uçurum yaradıb.

İndiyədək ölkədə təhlükəsizliyi naminə beynəlxalq ictimaiyyət və Əfqanıstan dövləti tərəfindən mühüm addımlar atılmayıb. Sabitliyin olmaması işsizliyin artması, iqtisadi proseslərin və sərmayələrin yatırılmamasına gətirir.

Trend -un Kabildəki müxbərinin bazar ertəsi verdiyi məlumata görə, ekspertlər Əfqanıstanda polis, silahlı və xarici hərbi qüvvələr arasında birliyin olmamasını və Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təcrübəsizliyinı ölkədəki qeyri - sabitliyin səbəbləri kimi görürlər.

Avqustun 24-də, Əfqanıstan Parlamenti ölkədə təhlükəsizliyin təmin olunması məsələsini müzakirə edib.

Əfqanıstan Mücahidlərinin rəhbərlərindən olan Rəsul Səyyaf parlamentdəki çıxışında bildirib ki,ölkənin təhlükəsizliyi bu sahədə təcrübəli şəxslərə tapşırılmalıdır.

O əlavə edib ki, bu vəzifə mücahidlərə tapşırılsa, onlar ölkənin təhlükəsizliyinin təmin olunmasına zəmanət verəcəklər.

Səyyafın sözlərinə görə, ruslara qalib gəlmiş və taliblərlə müharibə aparmış mücahidlər Əfqanıstanıın təhlükəsizliyinə zəmanət verirlər. O, əlavə edib ki, dövlət sabitlyin yaradılmasını mücahidlərə tapşırmasa, xalq özü öz təhlükəsizliyini qoruma ğa məcbur olacaq.

Trend -un Kabildəki müxbiri bildirib ki, bəzi politoloqların fikrincə, təhlükəsizlik məsələsi mücahidlərə tapşırılsa, ölkədə ailə və tayfa müharibələri başlayacaq. Ölkə ictimaiyyəti hakimiyyətə can atan şəxslər arasında çəkişmələrin acısını unutmayıb.

Ekspertlərin digər bir qrupu hesab edir ki, ölkənin təhlükəsizliyinin təmini Əfqanıstanın silahlı qüvvələrinə tapşırılarsa, dinc sakinlərin öldürülməsi faktları azalar və xalqın dövlətə inamı artar.

Hazırda Əfqanıstan Milli Polisi və Silahlı Qüvvələrində 75 min nəfər xidmət edir. Bu isə,a Əfqanıstan sərhədlərini və ölkənin təhlüksizliyini qorumağa bəs eləmir.

Əfqanıstanın Parlament nümayəndəsi Vəhid Meristial Yektən ölkənin təhlükəsizlik sahəsində çalışan rəhbərlərini öz vəzifələrini yerinə yetirə bilməməkdə ittiham edib.

O bildirib ki, bəzi dövlət rəbərləri rüşvət verməklə vəzifələrə təyin olunurlar.

Yektən Parlamentdən xahiş edib ki, təhlükəsizliküzrə dövlət rəsmilərini istizaha çağırsınlar.

Silahlı qarət, qətl və sabitliyin pozulması faktlarının artması ölkə sahibkarlarını və xalqı narazı salıb.

Əfqanıstanın Senatında və parlamentinnin bir neçə heratlı nümayəndəsi mətbuat konfransı keçirərək, Herat şəhərində vəziyyətin ağır olduğunu vurğulayıblar.

Əfqanıstan parlamentinin vitse - spikeri Saleh Məhəmməd Səlcuqi dövlətə xəbərdarlıq edərək bildirib ki, Heratda təhlükəsizlik tədbirləri görülməsə, şəhər sakinləri hökumətə qarşı çıxacaq.

Bundan əvvəl, Herat şəhərinin nümayəndələri bu vilayətdə sabitliyin pozulması hallarının artması haqda rəsmi dairələri xəbərdarlıq etmişdi.

Səlcuqi bildirib ki, indiyədək heç bir ciddi addım atılmayıb.

Əfqanıstan Parlamentinin Herat nümayəndəsi Behzad bildirib ki, Herat vilayətində fəaliyyət göstərən bir çox tacir və sərmayədarlar Əfqanıstanı tərk etmək niyyətindədirlər.

Onun sözlərinə görə, silahlı basqınlar, qətllər və cinayətlərin artmasında ölkə rəhbərlərinin əli var. Behzad bildirib ki, ölkə rəhbərlərinin cinayətlərin artmasından və cinayətləri törədənlərdən xəbərləri var.

Əfqanıstanda təhlükəsizliyin pozulması faktları hər gün artmaqdadır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti