...

Azərbaycan prezidenti Sumqayıtda əlillərə və şəhid ailələrinə yeni mənzillərin orderlərini təqdim edib

Siyasət Materials 28 Avqust 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Sumqayıtda Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və Çernobıl qəzası əlilləri üçün tikilmiş dördmərtəbəli 36 mənzilli yaşayış binasının açılış mərasimində iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş binaya əlillərin rahat daxil olmaları üçün xüsusi giriş quraşdırılıb, hər bir mənzil mebel və digər məişət avadanlığı ilə təmin edilib.

Azərbaycan prezidentinin adından hər bir ailəyə televizor və soyuducu hədiyyə olunub.

Binaya qaz, elektrik və su xətləri çəkilib, bütün mənzillər telefonlaşdırılıb, mərkəzi istilik sitemi, yanğın əleyhinə xəbərdarlıq siqnalı quraşdırılıb.

Prezident İlham Əliyev yeni mənzillərin orderlərini sakinlərə təqdim edib, bina ilə yaxından tanış olub.

Dövlət başçısına mənzillərdən 5-nin şəhid ailələri, 29 mənzilin Qarabağ müharibəsi əlilləri, 2 mənzilin isə Çernobıl qəzası əlilləri üçün ayrılması barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti