...

Gürcüstanda neft kəmərləri yaxınlığında bombaların partladılması Avropaya, Rusiyanı ötməklə, enerji daşıyıcılarının nəqlinin ssenarisini dəyişir ї Gürcüstan XİN-nin başçısı

Siyasət Materials 29 Avqust 2008 01:15 (UTC +04:00)
Gürcüstanda neft kəmərləri yaxınlığında bombaların partladılması Avropaya, Rusiyanı ötməklə, enerji daşıyıcılarının nəqlinin ssenarisini dəyişir ї Gürcüstan XİN-nin başçısı

Avstriya, Vyana, 29 avqust/ Trend müxbir A.Ələskərov/ Gürcüstanın ərazisi Xəzər dənizinin enerji daşıyıcılarının, Rusiyanı ötməklə, Avropaya nəqli üçün yeganə alternativ yoldur, bu gün Vyanada mətbuat konfransında Gürcüstanan Xarici İşlər Naziri Ekaterina Tkeşalaşvili bildirib. O, ATƏT-in Daimi Şurasının iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Cənubi Osetiyada rusiya-gürcü münaqişəsi və Gürcüstanda neft kəmərləri yaxınlığında bombaların partladılması Avropaya, Rusiyanı ötməklə, enerji daşıyıcılarının nəqlinin ssenarisini dəyişir.

Neft kəmərlərinin sıradan çıxması baş verərəsə Azərbaycan çıxılmaz vəziyyətdə qalacaq və bu təqdirdə enerji daşıyıcılarının dünya bazarına çıxarmağın yeganə yolu Rusiyanın ərazisindən keçəcək, deyə Tkeşelaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti