...

Gürcüstan azərbaycanlılarının muxtariyyət tələb etmələri barədə yayılmış məlumatlar təxribat xarakteri daşıyır – səfir

Siyasət Materials 29 Avqust 2008 14:07 (UTC +04:00)
Gürcüstan azərbaycanlılarının muxtariyyət tələb etmələri barədə yayılmış məlumatlar təxribat xarakteri daşıyır – səfir

Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Gürcüstandakı səfiri bu ölkədə yaşayan azərbaycanlıların muxtariyyət tələb etmələri barədə yayılan məlumatları təkzib edib.

"Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən muxtariyyət tələblərinin səsləndirilməsinə dair informasiya təxribat xarakteri daşıyır. Belə informasiyalar azərbaycanlıların hansısa oyuna cəlb edilməsi məqsədi ilə yayılır", - deyə cümə günü Trend -a Tbilisidən telefonla Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev bildirib.

Bir sıra Kütləvi İnformasiya Vasitələri Gürcüstanda yaşayan milli azlıqların Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərinin tanınmasından sonra ərazi məsələsindən istifadə etmələri barədə informasiya yayıblar.

Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev avqustun 26-da Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması barədə fərman imzalayıb.

"Gürcüstan azərbaycanlıları tərəfindən heç vaxt müxratiyyət tələbi olmayıb. Onlar Gürcüstan vətəndaşlarıdır və bundan sonra da bu dövlətdə yaşamaq niyyətindədirlər", - deyə o bildirib.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda təqribən 500 min azərbaycanlı yaşayır. Onlar əsasən Kvemo-Kartli (Borçalı) regionunda məskunlaşıblar.

Samtsxe-Cavaxeti və Kvemo Kartli ermənilərinin İctimai Birliklər Şurası bu günlərdə Federal Gürcüstanın Samtsxe -Cavaxetiya və ermənilər məskunlaşan ərazilərinə geniş özünüidarəetmə səlahiyyətləri və suveren subyekt statusunun verilməsinə dair bəyanatla çıxış edib.

Statistikaya əsasən, Gürcüstan əhalisinin təxminən 70 %-ni gürcülər təşkil eidr. Gürcüstanda həmçinin ermənilər (380 min), azərbaycanlılar (350 min), ruslar (207 min), osetinlər (150 min), abxazlar (100 min), yunanlar (80 min), kürdlər, assuriyalılar, udinlər, avarlar, kistinlər yaşayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı trend

Xəbər lenti

Xəbər lenti