...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 1 Sentyabr 2008 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 31-də saat 18.40-dan 19.45-dək, fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex və Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli və Ağdam kəndləri ərazisində yerləşən mövqelərini, avqustun 31-də saat 15.30-dan 15.35-dək və sentyabrın 1-də saat 01.55-dən 02.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti